Madrid "Real"ı yarımmüdafiəçisi Rodriqo Qoes ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Offsideplus.az xəbər verir ki, "kral klubu" artıq 21 yaşlı futbolçu ilə anlaşıb. Onun hazırkı müqaviləsi 2025-ci ildə başa çatır. Yeni sözləşmənin müddəti isə 2028-ci ilə qədər olacaq.

Braziliyalı oyunçu ötən mövsüm "Real"ın heyətində bütün turnirlərdə 49 matçda 9 qol vurub və 9 qolun ötürməsini verib.