Samuel Umtiti "Barselona"nı tərk etməyə hazırlaşır.

 Offsideplus.az "Football Espana"ya istinadən xəbər verir ki, 28 yaşlı müdafiəçi "Jirona"ya keçə bilər. Fransalı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-da başa çatır.

Qeyd edək ki, 2016-cı ildən "Barsa" forması geyinən Umtiti keçən sezon 1 matçda meydana çıxıb.