Madrid "Real"ı futbolçusu Vinisius Juniorla müqaviləni uzatmaq üçün danışıq aparır.

Offsideplus.az xəbər verir ki, bu barədə Madrid klubunun prezidenti Florentino Peres məlumat verib. O, danışıqlarda ciddi problem olmadığını deyib : “Vinisiusla müqaviləni yeniləməkdə heç bir problemimiz yoxdur. Üzərində işləyitik, problem yoxdur. O, bir neçə təklif alsa da, həmişə "Real"da qalacağını deyib. Mən əminəm ki, Vinisius bir gün Qızıl topu qazanacaq".

Qeyd edək ki, Junior ötən mövsüm 52 oyunda 22 qol vurub, 20 qolun ötürməsini verib.