"Barselona" klubunun baş məşqçisi Xavi Ernandes komandanın müdafiəçisi Jerar Pikeni sərəncamında görmək istəmir.

 Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı ''Mundo Deportivo'' nəşri yayıb. Mənbənin iddiasına görə, gənc baş məşqçi yüksək məvacibi, tez-tez zədələnməsi və şəxsi həyatındakı intizamsızlıq səbəbindən Pikeni klubdan kənarlaşdırmaq qərarına gəlib.

Xavi bu barədə 35 yaşlı futbolçunun özünö də məlumatlandırıb.

Qeyd edək ki, Pike 2008-ci ildən "Barselona"nın uğurları üçün çalışır.