"Çelsi"dən ayrılan Antonio Rudiger "Real"a keçib.

Offsideplus.az xəbər verir ki, bu barədə "zadəganlar"ın rəsmi saytı məlumat yayıb. Almaniyalı müdafiəçi azad agent kimi "kral klubu"na transfer olub.

Onunla iyunun 20-si rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Rudiger 2017-ci ildən "Çelsi"də çıxış edirdi.