Madrid "Real"ı futbolçusu Luka Modriç klubla müqaviləsini uzadıb.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi ilə şifahi razılıq iki ay əvvəl əldə olunub.
Yeni sözləşmənin 2022/2023 mövsümünün sonunadək olacağı vurğulanıb. Rəsmi açıqlama tezliklə veriləcək.