"Real Sosyedad" klubunun ikinci komandasının baş məşqçisi Xabi Alonso iyunda postundan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, "Liverpul", "Real", "Bavariya" və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi 2019-cu ildən "Real Sosyedad"ın ikinci komandasını çalışdırır. Onun Belçikanın "Brügge"sinə keçə biləcəyi iddia edilir.