İtaliyanın “Napoli” komandasının qapıçısı David Ospina karyerasını Madrid “Real”ında davam etdirə bilər.

Offsideplus.az "Marca"ya istinadla xəbər verir ki, "kral klubu" 33 yaşlı kolumbiyalı qolkiperi Tibo Kurtuanın əvəzləyicisi kimi nəzərdən keçirir.

Qeyd edək ki, Ospina 2018-ci ildən “Napoli”də çıxış edir.