İspaniya La Liqasının 36-cı turunda "Levante" ilə matç "Real"ın futbolçusu Luka Modriç üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, xorvatiyalı müdafiəçi oyunda 3 qolun ötürməsini verib. Bununla da Modriç 2020-ci ilin fevral ayından sonra belə nəticə göstərən ilk oyunçudur.

Qeyd edək ki, "Real" "Levante"ni 6:0 hesabı ilə darmadağın edib.