"Barselona"nın futbolçusu Ronald Arauxo ciddi zədə alıb.

Offsideplus.az xəbər verir ki, uruqvaylı müdafiəçi  La Liqanın 36-cı turunun "Selta" ilə  (3:1) matçının 62-ci dəqiqəsində komanda yoldaşı Qavi ilə toqquşub. O, ayağı qalxdıqdan sonra huşunu itirib və təcili yardım maşını ilə xəstəxanaya aparılıb.