Türkiyənin "Fənərbağça" klubunun gənc futbolçusu Arda Güler karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az "Sport"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi 17 yaşlı yarımmüdafiəçi üçün İstanbul klubunun rəhbərliyi ilə danışıqlara başlayıb.
"Barselona"nın baş məşqçisi Xavi Güleri sərəncamında görmək istəyir.
Bundan başqa Dortmund "Borussiya"sının da adıçəkilən futbolçuyla maraqlandığı bildirilir.
"Sarı-Lacivərtlilər"lə 2025-ci ilə qədər müqaviləsi olan Arda Güler bu mövsüm çıxdığı 24 oyunda 7 qol vurub, 5 məhsuldar ötürmə edib.