Madrid “Real”ı braziliyalı müdafiəçisi Marselo ilə bağlı qərarını dəyişib.

Offsideplus.az xəbər verir ki, "kral klubu" müqaviləsi yayda başa çatacaq müdafiəçini saxlamaq niyyətindədir.

La Liqanın son çempionu "sambaçı" ilə anlaşmanı uzatmaq qərarına gəlib. 33 yaşlı futbolçunun mövsümün sonunda azad agent kimi özünə yeni klub axtaracağı gözlənilirdi.

2007-ci ildən “Real”da çıxış edən Marselo klub tarixinin ən titullu futbolçusudur. 

Qeyd edək ki, müdafiəçi La Liqanın cari mövsümündə 11 oyunda 2 assistə imza atıb.