"Barselona" heyətini yeni futbolçu gücləndirəcək.

 Offsideplus.az "Football Espana"ya istinadən xəbər verir ki, Kataloniya klubu "Selta"nın 27 yaşlı müdafiəçisi Xavyer Qalan ilə danışıqlar aparır. İspaniya nəhəngi oyunçunu uzun müddətdir izləyir. Onun Viqo təmsilçisi ilə hazırkı müqaviləsi 2026-da başa çatır. 

"Barsa" rəhbərliyi onu Jordi Albanın əvəzləyicisi kimi düşünür.

Qeyd edək ki, Qalan bu mövsüm 34 matçda 3 məhsuldar ötürmə edib.

Javi Galan 1