"Atletiko" Luis Suareslə mövsümün sonunda yollarını ayıracaq.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 35 yaşlı uruqvaylı hücumçu ilə yola davam etmək istəmir. Onun hazırkı müqaviləsi yayda başa çatır.
Suaresə ABŞ və Türkiyə klublarından ciddi təkliflər var.
Qeyd edək ki, Uruqvay millisinin üzvü 2020-ci ildən "Atletiko"da çıxış edir.