“Barselona” klubunun azarkeşləri İspaniya La Liqasının 32-ci turunda “Kadiz”lə bu gün keçiriləcək oyunu boykot etmək qərarına gəlib.
Offsideplus.az xəbər verir ki, buna Avropa Liqasının 1/4 final mərhələsində “Ayntraxt”la “Nou Kamp”dakı cavab matçında (2:3) qonaq komandanın azarkeşlərinin çoxluq təşkil eləməsi səbəb olub. Kataloniya klubunun fanatları turistlərə və qonaq komandaların azarkeşlərinə stadiona giriş imkanı verən sistemi pisləyiblər. Onlar klubun rəhbərliyi əleyhinə aksiya keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, “Barselona” - “Kadiz” matçı bu gün saat 23:00-da başlayacaq.