Dünən La Liqanın 31-ci turunda keçirilən "Real" - "Xetafe" ( 2:0 ) oyununda xoşagəlməz hadisə yaşanıb.

 Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu"nun azarkeşləri  uelsli futbolçu Qaret Beyli Kərim Benzemanın əvəzinə meydana daxil olan zaman fitə basıblar.

Qeyd edək ki, Beyl bu mövsüm 7 matçda 1 qol vurub.