Madrid "Real"ının məşhur futbolçusu İsko "Barselona"ya transfer oluna bilər.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi "kral klubu"ndan ayrılmaq istəyir. Onun transferi ilə bağlı "Barselona" və "Sevilya"nın mübarizəyə başladığı bildirilir.

Qeyd edək ki, İskonun klubu ilə müqaviləsi bu yay başa çatır.