Çili yığmasının qapıçısı Klaudio Bravo "Betis"lə müqaviləsini yeniləyib.
Offsideplus.az xəbər verir ki, 38 yaşlı qolkiperin yeni sözləşməsi 2023-cü ilin yayına qədərdir.
Bravo 2020-ci ildə "Mançester Siti"dən "Betis"ə keçib. O, əvvəllər "Real Sosyedad" və "Barselona"da da oynayıb.