"Real" heyətini yeni futbolçu ilə gücləndirib.
Offsideplus.az "Football Espana"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Şaxtyor"in futbolçusu Vinisius Tobiası növbəti mövsümün sonunadək icarəyə götürüb. İspaniya nəhənginin brazilyalı oyunçunu 18 milyon avroya birdəfəlik almaq hüququ var.
Qeyd edək ki, 18 yaşlı müdafiəçi bu ilin yanvarında "İnternasional"dan Donetsk təmsilçsinə keçib.