"Real"ın futbolçusu Eden Hazard sıradan çıxıb.

 Offsideplus.az xəbər verir ki, 31 yaşlı oyunçu ayağından əməliyyat olunacaq. Onun mövsümü bitirdiyi bildirilib.

Qeyd edək ki, Belçika millisinin üzvü bu mövsüm "kral klubu"nun heyətində 22 oyunda 1 qol və 2 məhsuldar ötürmə edib.