"Real" heyətinə yeni futbolçu qatmağa hazırlaşır.

Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, "kral klubu" Brazilyanın "Flamenqo" komandasında çıxış edən 17 yaşlı vinger Mateus França ilə yaxından maraqlanır. Hazırkı klubu ilə 2027-ci ildək sözləşməsi olan oyunçu yayda Madrid təmsilçisinə qoşula bilər.

Qeyd edək ki, o, bu mövsüm əsas komandayla 2 rəsmi matçda meydana çıxıb.