"Real"ın 3 futbolçusu sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, Kərim Benzema, Rodriqo və Ferlan Mendinin zədəsi ciddidir. Bu barədə baş məşqçi Karlo Ançelotti məlumat verib.

Onların "El-Klasiko"da "Barselona"ya qarşı oynaması çətin görünür.

Qeyd edək ki, "Real" - "Barselona" qarşılaşması martın 20-də keçiriləcək.