“Barselona” heyətini tanınmış futbolçu ilə gücləndirəcək.

Offsideplus.az xəbər verir ki, Kataloniya klubu "Vulverhempton"un 24 yaşlı portuqaliyalı yarımmüdafiəçisi Ruben Neveşlə danışıqlarda müsbət sonluğa gəlib. Hazırkı sözləşməsi 2024-cü ilədək olan oyunçu yayda "canavarlar"ı tərk edəcək.

Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm Premyer Liqada 24 matçda 3 qol və 1 məhsuldar ötürmə edib.