"Barselona"nın futbolçusu Serxio Busqest  "Valensiya" ( 4:1 ) qalib gəldikləri oyundan sonra komandanın yeni transferi Pyer-Emerik Obameyanq haqda danışıb.

 Offsideplus.az xəbər verir ki, 33 yaşlı kapitan qabonlu hücumçu barədə "Movistar+"a bunları deyib:

"Həqiqətən o, çox yaxşı çalışır və möhtəşəm oyunçudur. Onun çox oynamasına ehtiyac var. Burda ona şans veriləcək. Obameyanqın bizə pulsuz transfer olması böyük hədiyədir".