"Barselona" Memfis Depayla yolları ayıra bilər.

Offsideplus.az "SPORT"a istinadən xəbər verir ki, Kataloniya klubu heyətdə çox hücumçunun olmasına görə, 27 yaşlı niderlandlı futbolçunu göndərmək niyyətindədir.

Onun bu yay komandadan ayrılması gözlənilir.

Qeyd edək ki, Depay bu mövsüm "Barselona"nın heyətində 23 matçda 8 qol və 2 məhsuldar ötürmə edib.