"Barselona" klubunun təcrübəli müdafiəçisi Dani Alves La Liqada iki oyunluq cəzalanıb.
Offsideplus.az xəbər verir ki, buna 38 yaşlı futbolçunun "Atletiko" ilə oyunda (4:2) qırmızı vərəqə alması səbəb olub. 69-cu dəqiqədə braziliyalı oyunçu yarımmüdafiəçi Yannik Ferreyra Karraskonun sağ baldırına ayağı ilə basıb.
Baş hakim Xesus Gil Manzano qeyd edib ki, Alves topla oynamaq niyyəti olmadan qayda pozuntusuna yol verib. Buna görə isə minumum cəza 2 oyundur.