"Qalatasaray"ın sabiq futbolçusu və hazırda "Mançester Yunayted"də çıxış edən Aleks Telles karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

 Offsideplus.az "Mundo Deportivo"ya istiandən xəbər verir ki, Kataloniya klubu  29 yaşlı  brazilyalı futbolçunu transfer etməyi düşünür. Lakin adıçəkilən oyunçunun "qırmızı şeytanlar"la 2024-cü ilə qədər sözləşməsi var.

Qeyd edək ki, Telles 2014/2016-cı illər aralığında "cim-bom"un şərəfini qoruyub.