"Espanyol" heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi Rusiyanın "Krasnodar" komandasında çıxış edən 27 yaşlı yarımmüdafiəçi Toni Vilhenanı mövsümün sonuna kimi icarə əsasında transfer edib.
Qeyd edək ki, bu mövsüm Rusiya klubunda 15 matça çıxan adıçəkilən oyunçu 2 qol və 1 məhsuldar ötürmə edib. O, Niderland millisinin heyətində də 15 görüşdə iştirak edib.