Brazilya millisinin və "Liverpul"un futbolçusu Roberto Firmino "Barselona"ya keçə bilər.

 Offsideplus.az "El Nacional"a istinadən xəbər verir ki, Kataloniya klubu 30 yaşlı hücumçu üçün Premyer Liqa təmsilçisi ilə danışıqlara başlayacaq.

Firminonun klubuyla hazırkı sözləşməsi 2023-cü ildə başa çatır.

Qeyd edək ki, 2015-ci ildən "Liverpul"un şərəfini qoruyan Firmino Brazilya yığmasında da 55 matçda 17 qola imza atıb.