"Fənərbağça" "Valensiya"da çıxış edən Toni Latonu transfer edə bilər.
Offsideplus.az xəbər verir ki, "sarı-lacivərtlilər" 24 yaşlı ispaniyalı müdafiəçini icarə əsasında heyətinə qatmaq istəyir. İstanbul nəhəngi "yarasalar"la bu keçid barədə razılıq əldə edib.
Qeyd edək ki, "Valensiya" yetirməsi olan Lato 2017-ci ildə əsas komandaya yüksəlib.