"Barselona" klubunun müdafiəçisi Erik Qarsiya La Liqanın 20-ci turunun " Qranada" ilə matçında (1:1) sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki, 53-cü dəqiqədə topu qapıdan çıxaran futbolçu sağ bud nahiyəsindən zədə alıb və bir dəqiqə sonra əvəzlənib.

Onun təxminən 5 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.