Luis Suares "Ateltiko"dan ayrılacaq.

 Offsideplus.az xəbər verir ki, 34 yaşlı uruqvaylı hücumçu Madrid təmsilçisi ilə mövsümün sonu başa çatacaq olan sözləşməsini yeniləməyəcək. 

Uruqvaylı ulduz futbolçunun növbəti komandası Devid Bekhemin sahibi olduğu "İnter Mayami" olacaq. Suaresin bura keçməkdə səbəbi də var. Belə ki, o, yaxın dostu Lionel Messinin də ABŞ-a gələcəyinə ümid edir.

Qeyd edək ki, Suares 2020-ci ildən "matrasçılar"ın şərəfini qoruyur.