"Barselona"nın qapıçısı Neto ölkəsinə qayıda bilər.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı brazilyalı qolkiper A Seriya təmsilçisi "Flamenqo"ya keçməyə yaxınıdır. Onun Kataloniya klubuyla 2023-cü ilə qədər sözləşməsi var.
Qeyd edək ki, Neto 2019-cu ildən "Barselona"da çıxış edir. O, bu mövsüm La Liqada 2 matçda meydana çıxıb.