"Barselona" klubu heyətini yeni futbolçuyla gücləndirmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisinin yeni baş məşqçisi Xavi Ernandesin əsas prioriteti hücum xəttini gücləndirməkdir. Belə ki, gənc mütəxəssis "Mançester Yunayted"in uruqvaylı hücumçusu Edinson Kavanini sərəncamında görmək niyyətindədir. "Mundo Deportivo" nəşrinin yaydığı məlumata görə, "Barselona" hazırda 34 yaşlı futbolçu üçün qarşı tərəflə rəsmi danışıqlar aparır.

Kriştiano Ronaldonun gəlişindən sonra əsas heyətə düşməkdə çətinlik çəkən Kavaninin yanvarda "Barselona"nın sıralarına qoşulacağı gözlənilir. La Liqa nəhəngi həmçinin "Mançester Siti"nin hücumçusu Ferran Torreslə də yaxından maraqlanır.

Qeyd edək ki, Edinson Kavani 2020-ci ildən "qırmızı şeytanlar"ın şərəfini qoruyur.