"Levante" baş məşqçisi Xavier Pereyra ilə yolları ayırıb.
Offsideplus.az klubun rəsmi "tviter" hesabına istinadən xəbər verir ki, 55 yaşlı ispaniyalı çalışdırıcı uğursuz çıxışların ardından bu postundan gedib.
Pereyra bu ilin oktyabrından "Levante"yə rəhbərlik edirdi.
Qeyd edək ki, adı çəkilən mütəxəssisin rəhbərliyi altında "Levante" La Liqada oynadığı 7 matçın 4-də məğlub olmuş, 3 oyunda isə heç-heçə etmişdi.