"Barselona" klubu sabiq baş məşqçisi Ronald Kumanla müqavilənin vaxtından əvvəl ləğvi üçün şərtlərlə bağlı razılıq əldə edib.
Offsideplus.az xəbər verir ki, La Liqa nəhəngi 58 yaşlı mütəxəssisə daha əvvəl bildirilən 12 milyon avro məbləğində təzminat ödəməyəcək. Kuman "Barselona"dan 10 milyon avro alacaq.
Qeyd edək ki, Kuman oktyabrın 28-də vəzifəsindən kənarlaşdırılmışdı.