"Mançester Yunayted"in futbolçusu Donni van de Bek "Real"a keçə bilər.

Offsideplus.az "Fichajes"ə istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı yarımmüdafiəçi ilə  yaxından maraqlanır. "kral klubu" adı çəkilən oyunçunu daha aşağı məbləğə transfer etməyi düşünür. 

 

Qeyd edək ki, niderlandlı futbolçu  bu mövsüm "qırmızı-şeytanlar"ın heyətində 5 matçda meydana çıxıb.