"Barselona"nın idman direktoru Ramon Planes komandadan gedib.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Planes öz istəyi ilə müqaviləsinə xitam verib. Onun hazırkı sözləşməsi bu mövsümün sonunda başa çatırdı.
İspaniya mətbuatına görə, bu vəzifəyə Karles Puyol və ya Yordi Kroyff gətirilə bilər.
Qeyd edək ki, Planes 2020-ci ilin avqustundan bu vəzifəni icra edirdi.