"Real" (Madrid) yüksək maaş alan oyunçuları ilə yolları ayıracaq.

 Ofsideplus.az xəbər verir ki, "kral klubu"  mövsümün sonunda 6 futbolçusunu komandadan göndərəcək. Bunlar İsko, Marselo, Eden Azar, Qaret Beyl, Luka Yoviç və Jesus Valleyodur. 

Qeyd edək ki, "Real" La Liqada  12 maçta topladığı 27 xalla 2-ci yerdə qərarlaşıb.