"Real" Vinisius Junior ilə sözləşməni yeniləmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Tərəflər yaxın zamanda 2028-ci ilədək yeni müqaviləyə qol çəkəcək. Adı çəkilən futbolçu klubda ilinə 5,5 milyon avro gəlir əldə edəcək. Onun indiki maaşı isə 3,5 milyondur.
Qeyd edək ki, Vinisius bu mövsüm 15 maçta 9 qol, 5 məhsuldar ötürmə edib.