Unay Emeri qərarını verib.
Offsiseplus.az xəbər verir ki, 50 yaşlı mütəxəssis "Vilyareal"da qalacağını açıqlayıb. Adı çəkilən məşqçinin adı "Nyukasl" ilə hallanırdı.
Qeyd edək ki, Emeri 2020-ci ildən "Vilyareal"ı çalışdırır. O, keçən mövsüm komanda ilə klub tarixinin ilk kuboku olan Avropa Liqasını qazanıb.