"Barselona" baş məşqçisi Ronald Kumanla yolları ayırıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. 58 yaşlı niderlandlı mütəxəssis ötən gecə "Rayo Valyekano"ya uduzduqları oyundan ( 0:1) sonra istefaya göndərilib.

Xatırladaq ki, Kuman 2020-ci ildən "Barselona" klubunu çalışdırırdı.