Madrid “Real”ının ulduz futbolçusu Marselo bu yay klubdan ayrılacaq.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı müdafiəçi komanda ilə müqaviləsini yeniləməyəcək. "Kral klubu" da artıq onun xidmətində maraqlı deyil. Marselo yetirməsi olduğu “Fluminense”yə qayıtmağı planlaşdırır.

Qeyd edək ki, "sambaçı" bu mövsüm “Real”ın heyətində 2 oyun keçirib.