Madrid “Real”ının futbolçusu Eder Militao zədələnib.

Offsideplus.az xəbər verir ki, 23 yaşlı müdafiəçi Braziliya yığmasının heyətində DÇ-2022-nin seçmə mərhələsində Kolumbiya (0:0) ilə qarşılaşmada sıradan çıxıb. Onun UEFA Çempionlar Liqasının qrup mərhələsində “Şaxtyor”la və La Liqa 10-cu turunda “Barselona” ilə qarşılaşmanı buraxacağı bildirilib. 

Qeyd edək ki, oktyabrın 19-da Donetskdə “Şaxtyor”un qonağı olacaq “Real” ayın 24-də “El Klasiko”da “Barselona” ilə səfərdə üz-üzə gələcək.