Madrid "Real"ının sabiq futbolçusu Serxio Ramosla müqaviləni niyə uzatmadığı məlum olub.

Offsideplus.az xəbər verir ki, təcrübəli ispan müdafiəçinin Madrid təmsilçisi ilə müqaviləsi iyunda başa çatıb.

Klub onunla yeni sözləşmə imzalamayıb. 35 yaşlı oyunçu azad agent kimi PSJ-yə keçib. "RMC" nəşrinin jurnalisti Fred Ermelin sözlərinə görə , "Real" rəhbərliyi sağlamlıq problemlərinə görə futbolçu ilə yeni müqavilə imzalamayıb. Məlum olub ki, ispanın oyunçunun dizində böyük problemləri var və onun durumu daha da pisləşir.

Xatırladaq ki, Ramos  zədə səbəbindən indiyə kimi Paris təmsilçisində debüt etməyib.