“Valensiya” klubu futbolçusu Tyerri Korreyanın müqaviləsinin müddətini uzadıb.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan sözləşmə imzalanıb.
Qeyd edək ki, 2019-cu ilin sentyabrından “Valensiya”da çıxış edən Korreya bu mövsüm La Liqada 5 oyuna çıxıb.