İspaniyanın məşhur "Mundo Deportivo" nəşri "Barselona"nın yeni baş məşqçisinin adını açıqlayıb. 

Offsideplus.az xəbər verir ki, əldə olunan məlumata görə "Barselona" rəhbərliyi Ronald Kumanla yolları ayırdıqdan sonra Tyerri Anrini komandaya gətirəcək. 

Katalonların sabiq futbolçusunun namizədliyi Ernesto Valverdenin 2017-ci ildə gedişindən sonra da klub rəhbərliyi tərəfindən müzakirə edilirdi. 

Qeyd edək ki, Anri 2019-2021-ci illərdə Kanadanın "Monreal İmpakt" klubunu çalışdırıb. 2018-ci ilin oktybrında "Monako"nun baş məşqçisi olan fransız, 4 ay sonra əsas heyətin futbolçuları ilə münaqişə yaşayaraq, tutduğu vəzifədən qovulmuşdu.