Madrid "Real"ı futbolçusu Vinisius Junioru satmaq istəmir.

Offsideplus.az xəbər verir ki, "kral klubu" braziliyalı hücumçunu komandada saxlamaq istəyir. 

21 yaşlı forvardla Fransanın PSJ klubu yaxından maraqlanır. Paris klubunun nümayəndələri Vinisius üçün qışda “Real”la danışıqlar aparacaq.

Qeyd edək ki, adıçəkilən futbolçu 2018-ci ildən "Real"ın uğurları üçün çalışır.