Madrid “Atletiko”su bu yay heyətinə qatdığı fransalı futbolçu Antuan Qrizmannı təqdim edib.

Offsideplus.az xəbər verir ki, təqdimat mərasimi paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "Vanda Metropolitano" stadionunda baş tutub.

Qeyd edək ki, "Barselona" Qrizmannı 2019-cu ildə məhz “Atletiko”dan transfer etmişdi və onun transferinə 120 milyon avro xərcləmişdi.