“Barselona” klubunun fransalı futbolçusu Samuel Umtiti maaşının azaldılmasına razı olub.
Offsideplus.az xəbər verir ki, 27 yaşlı müdafiəçi maliyyə problemləri yaşayan kluba yardım məqsədiylə məvacibinin azaldılmasına razılıq verib.
Qeyd edək ki, bundan əvvəl Kataloniya təmsilçisində Serxio Buskets, Serji Roberto və Jerar Pike maaşının azaldılmasına razı olmuşdu.